Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SSRİ-nin qəpik pulunu minlərlə dollara alırlar - Foto

SSRİ dövründə tədavülə buraxılan dəmir pullar son illər çox populyarlaşıb. Ayrı-ayrı nümunələri əl-əl axtarırlar.

Bizimyol.info xəbər verir ki, belə nümunələrdən birinin qiyməti 50 min dollara çatır. Söhbət 1967-ci ildə buraxılan 50 qəpiklikdən gedir.

SSRİ-nin qəpik pulu SSRİ-nin qəpik pulu

Həmin dəmir pul Çar Rusiyasının süqutunun, dolayısıyla SSRİ-nin bünövrəsinin qoyulmasının 50 illiyinə həsr olunub. Üzərində “1917-1967” yazılışı da buna işarədir.

Qəpiyin üzərində “Avrora” gözə dəyir. Bunun arxasında isə səmaya can atan beş xətt nəzərə çarpır.

Əslində, bu 50 qəpikliklər nümunə buraxılışı idi. Diametrinin 25 millimetr, çəkisinin 6,45 qram olması nəzərdə tutulmuşdu. Sonradan 50 qəpikliyin üzərində Leninin monumenti yer aldı. “Avrora” isə 20 qəpikliyin rəmzinə çevrildi.

İndi bu nümunə buraxılışından dünyada bir neçə ədəd qalıb. Axırıncı dəfə 2016-cı ildə Rusiyada həmin qəpiklərdən birini 3,5 milyon rubla (50 min dollardan artıq) alıblar.

Son xəbərlər
Bütün xəbərlər »