Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çinə vaxtından əvvəl dönən tələbələr cəzalandırılacaq

Çinin ali məktəbləri bu ölkədə təhsil alan xarici tələbələrin geri qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb.

Bu barədə ÇXR-in Hefey şəhərində yerləşən universitetdə ( University of Science and Technology of China ) magistr üzrə təhsil alan Ülkər Eldarqızı məlumat verib.

Xalq Respublikası yaz semestrindən əvvəl ölkələrinə dönən tələbələrinə rəsmi məktubla müraciət edib.

Azərbaycanlı magistr bildirib ki, təhsil aldığı universitet ona iki rəsmi məktub göndərib. Məktublar yaz semestrinin qeyri-müəyyən vaxta təxirə salındığı və Çinə gəlməmək ilə bağlı olub:

“Artıq ikinci məktubu da göndərdilər. Hər gün bizimlə əlaqə saxlayırlar. Bildirirlər ki, virusla bağlı yaz semestrinin nə vaxt başlayacağı məlum deyil. Yəni onlar deyənə kimi Çinə dönməməliyik”.

Tələbələrə göndərilən məktubda qeyd edilib ki, tələbələrdən kimsə vaxtından əvvəl dönərsə, cəzalandırılacaq.(Report)

Son xəbərlər
Bütün xəbərlər »