Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyə Prezidenti: “Rusiya Suriyada atəşkəslə bağlı razılaşmalara sadiq deyil”

“Suriya münaqişəsi üzrə Rusiya ilə həm Astana, həm də Soçidə atəşkəs razılaşmaları əldə edilib. Rusiya bu razılaşmalara sadiq qalacağı təqdirdə, biz də razılaşmalara əməl edəcəyik”.

Nunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Lakin təəssüf ki, hazırda Rusiya nə Astana, nə də Soçi razılaşmalarına sadiqdir. Aidiyyəti üzrə danışıqlar aparılır. Danışıqlar çərçivəsində İdlibin bombalanmasını dayandırmağı tələb etmişik. Artıq səbrimiz tükənir. Bundan sonra lazım olan addımları atacağıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Türkiyə Prezidentinin sözlərinə görə, hazırda Astana proesesi səssizliyə bürünüb.

“Astana prosesini yenidən aktivləşdirmək üçün Türkiyə, Rusiya və İran nə edə bilər, bunu müzakirə etmək lazımdır. Onsuz da ABŞ yüksək səviyyədə burada iştirak etmir, əsasən səfir və xüsusi nümayəndə ilə təmsil olunur. Astana prosesində əsas etibarilə üç ölkə - Rusiya, İran və Türkiyə iştirak edir. Nəticə əldə etmək müzakirə mövzusu olmalıdır”, - deyə Ərdoğan qeyd edib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »