Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bağlı şəhərdə qalan tələbələr danışır – Balam təhlükədədir

Xəbər verdiyimiz kimi koronovirusun yayılmağa başladığı Çinin Uxan şəhərində karantin elan edilib. Şəhər giriş və çıxışlara bağlanılıb. Karantin altında olan Uxanda 6 azərbaycanlı tələbə qalıb.

Onlardan biri, Uxanda doktorantura təhsili alan Leyla Quliyeva Bizimyol.info-ya bildirib ki, şəhərdə karantin yanvarın 23 də elan olunub. “Gecə saat 12-də karantin elan olunub. Amma təəssüf ki, bundan dərhal xəbər tuta bilməmişəm. Ona görə, şəhəri tərk edə bilmədim. Ailəmizlə internet vasitəsilə əlaqə saxlayıram. Təhsil aldığım universitet və səfirliyimiz bizimlə maraqlanır. Lakin mən övladım üçün qorxuram. 7 yaşlı qızım da mənimlə qalır. Onun immuniteti çox zəifdir. Mən onun karantində olan bir şəhərdə çox qalmasını istəmirəm. Bu barədə səfirliyə də müraciət etmişəm”.

Çindən gələn iş adamı Vüsal Qurbanov isə bildirib ki,bu ölkədə yaşayan və işləyən azərbaycanlılar kütləvi şəkildə ölkəni tərk edir. Digər şəhərlərdə də virusun yayılma ehtimalı çox yüksəkdir.

Qeyd edək ki, Azərbaycanın Xarici İşlər Nazirliyi, Çindəki səfirliyimizin əməkdaşları Çində qalan azərbaycanlıların problemlərini diqqətdə saxlamağa çalışırlar.

Çində qalan azərbaycanlı tələbə Səməd Azadi bildirib ki, ordakı tələbələrlə əlaqə saxlayır.Tələbələr evlərindən bayıra çıxmırlar. Bu vəziyyət onların təhlükəsizliyini təmin etsə də hər bir halda hava damcı yolu ilə keçən virusa yoluxmaqdan və bunu yaxınlarına yoluxdurmaqdan qorxurlar.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »