Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Öz yazdığını oxuya bilməyən namizəd qanunları müzakirə etmək istəyir - Video

Milli Məclisdə xalqı təmsil etmək istəyən namizədlər bu dəfə say etibarilə həmişəkindən çoxdur. Bu dəfə namizədlərin siyahısına nəzər salanda çox rəngarəng mənzərə ilə qarşılaşırsan.

Aralarında xalqın bütün təbəqələrini əhatə edən insanlar var. Xalq olaraq dövlətimizin taleyinə biganə olmamağımız gözəl görünsə də bunu rəhbərlik səviyyəsində həyata keçirmək gülüncdür.

55 saylı Xaçmaz şəhər seçki dairəsindən depuatatlığa namizəd Nizami Şəfiyev sosial şəbəkələrdə öz platformasını təqdim edərkən öz yazdığı materialı üzündən doğru-dürüst bacarmayıb. Qeyd edək ki, Nizami Şəfiyev kiçik elmi işçi, coğrafiya üzrə mütəxəssis, Xaçmaz Təbiəti Mühafizə İB-in sədridir.

Cənab namizədin, qismət olarsa da “gələcək deputat”ın çıxışına təbəssümlə baxmamaq imkansızdır. Öz platforması barədə danışarkən isə bunları qeyd edib: “Kəndə su çəkdirmək, möhtərəm prezidentin soldatı olmaq, Qarabağın işğaldan azad olmasına kömək etmək”. Biz şərh vermirik. Qalanı sizlik.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »