Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Britaniya Hava Yolları Çinə uçuşları dayandırıb

“British Airways” (Britaniya Hava Yolları) Çinə olan uçuşları dayandırıb.

“Sky New”-un  verdiyi xəbərə görə, “Heathrow” hava limanından Şanxay və Pekinə gündəlik uçuşlar həyata keçirən aviaşirkət Xarici İşlər Nazirliyinin Çinə səyahətlə bağlı yaydığı xəbərdarlıqdan sonra mart ayına qədər uçuşları dayandırıb.

Britaniya Xarici İşlər Nazirliyi virusun yayıldığı Hubei əyalətindəki Britaniya vətəndaşlarını evakuasiya etmək üçün isə yanvarın 30-u üçün uçuş planlaşdırılır.

Xatırladaq ki, Çində yeni koronavirusa yoluxanların sayı 5974 nəfərə çatıb, onlardan 132 nəfəri dünyasını dəyişib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »