Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda kanalizasiya sularından salınmış "Venesiya" - Video

Bizimyol.info redaksiyasına şikayət daxil olub...

Vətəndaşlar kanalizasiya problemlərini dilə gətiriblər. Binəqədi rayon I mədən, korpus 43 ünvanında yaşayan sakinlər bildiriblər ki, bu ərazidə tikilən yüzlərlə ev uzun müddət öncə istifadəyə verilmiş kiçik ölçülü kanalizasiya borularından istifadə etdiyi üçün boruların xidmət gücü yetərsizdir. Buna görə də, bir balaca yağıntı düşən kimi küçələri və evlərin altını su basır. Ərazi çökək olduğuna görə, yaşayış evlərinin zirzəmilərində daima su toplanır. Bu da öz növbəsində insanların səhhəıtinə pis təsir edir, xəstəlik mənbəyinə çevrilir. Üstəlik evlərə də maddi ziyan toxunur. Sakinlər Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edərək bu məsələdə onlara yardımçı olmağı xahiş edirlər. Problemlə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu göndərdik. İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, 2020-ci ilin sonuna qədər əraziyə yeni kanalizasiya xətləri çəkilməlidir.

“Məlumat üçün bildiririk ki, kanalizasiya xəttinin çəkilməsi aidiyyəti üzrə müvafiq qurum tərəfindən layihə əsasında həyata keçirilir

Qeyd edək ki, “Azərsu” ASC tərəfindən qeyd edilən I mədən, korpus 43 ünvanının bir hissəsində kanalizasiya xəttinin çəkilməsi işi həyata keçirilmişdir. İl sonuna qədər həmin qurum tərəfindən layihənin tam bitməsi gözlənilməkdədir. Məsələ ilə bağlı daha geniş məlumatın əldə olunması üçün aidiyyəti üzrə layihənin icrasına məsul olan Azərsu” ASC -ə müraciət etməyinizi xahiş edirik.

Məsələ Rayon İcra Hakimiyyətinin diqqətindədir”,- deyə məlumatda bildirilir.

Ümid edirik sakinlərin şikayəti diqqətdən kənarda qalmaz. Çünki eyni şikayəti bir il öncə də işıqlandırmışdıq. Bu ərazidə nəm içində böyüyən balacalar sağlam gələcəyimizdir deyə bilməmiz üçün əlaqədar qurumların milyonlar tökməsinə ehtiyac yoxdur, sadəcə böyük ölçülü daha bir kanalizasiya xəttinin çəkilməsi kifayətdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »