Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qəzaların çox olduğu küçələrin kəsişməsində yerüstü piyada keçidi tikilir - Foto

Bakıda tıxacların çox olduğu, tez-tez yol nəqliyyat hadisələrinin baş küçələrin kəsişməsində yerüstü piyada keçidinin inşa olunması prosesinə başlanılıb.

Bizimyol.info xəbər verir ki, piyada keçidi paytaxtın akademik Həsən Əliyev və Şəfayət Mehdiyev küçələrinin Tbilisi prospekti ilə kəsişməsində tikilir.

Yol - Yerüstü keçid

Tikinti işlərin başlanılması ərəfəsində küçələrin kəsişməsindəki dairədə olan ağacların biri kəsilib.

Günün pik saatlarında burada piyadaların və nəqliyyat vasitələrinin hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir.

Yol - Yerüstü keçid

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli qısa açıqlama verərək sözügedən ünvanda yerüstü piyada keçidinin tikildiyini təsdiqləyib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »