Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kobi Brayantın qəzada öləcəyi barədə 3 il öncə xəbər verilmişdi - Video

Yanvarın 26-da baş vermiş helikopter qəzasında əfsanəvi basketbolçu Kobi Brayant, onun 13 yaşlı qızı və daha 7 nəfər dünyasını dəyişdi. Ölümü ilə sevənlərini yasa boğan basketbolçunun faciəvi ölümü dünyaya səs saldı.

2006-cı ildən şəxsi helikopterindən istifadə etməyə başlayan Brayant Los-Anceles tıxacından qurtulmaq və ailəsinə daha çox vaxt ayırmaq üçün belə bir addım atdığını bildirmişdi.

Onun ölümündən sonra hər kəsi düşündürdü ki, dünyada baş verən bir çox önəmli hadisələr barədə bədii hekayələr dərc edən ”Simsonlar” cizgi filmində Kobinin ölümü barədə öncədən məlumat verilibmi?

Bizimyol.info-nun məlumatına görə, bəli belə bir öngörü olub lakin “Simsonlar” da deyil, “Legends of Chamberlain Height” adlı cizgi filmində. Belə ki, cizgi filminin düz 3 il öncə yayımlanmış bir seriyasında basketbolçunun məhz helikopter qəzasında həlak olmasından bəhs edilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »