Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş ağrıları ilə həkimə gəldi: beynindən qurd çıxdı

Futbol oynayarkən huşunu itirən Texas ştatının sakini həkimə müraciət edib.

“CBS 21” xəbər verir ki, həmin şəxs bir neçə ay boyunca kəskin baş ağrıları və ürək bulanmasından əziyyət çəkdiyini və tez-tez huşunu itirdiyini bildirib.

Müayinədən sonra onun beynində dörd santimer uzunluğunda bir cisim aşkar edilib.

Testlərdən sonra bu cismin şiş olmadığı müəyyən edilib.

Növbəti təhlillər bu cismin lentşəkilli qurd olduğunu dəqiqləşdirib.

Həmin şəxs 10 il öncə Meksikada yaxşı bişməmiş donuz əti yediyini xatırlayıb.

Ehtimal edilir ki, parazit məhz bu ətdən insana keçib.

Qeyd etmək lazımdır ki, əməliyyat nəticəsində qurdu həmin şəxsin beynindən çıxardıblar.(oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »