Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İraqda 50 ABŞ hərbçisi yaralanıb

Yanvarın 8-nə keçən gecə İraqdakı iki hərbi bazaya endirilən raket zərbələri nəticəsində 50 ABŞ əsgəri başından xəsarət alıb.

TASS xəbər verir ki, bu barədə çərşənbə axşamı ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-polkovnik Tomas Kampbel açıqlamasında deyib.

“İranın raket zərbəsi nəticəsində bu günə qədər ABŞ-ın 50 əsgərinə kələə-beyin xəsarəti diaqnozu qoyulub”, - deyə general yaralılarının sayının arta biləcəyini vurğulayıb.

Digər Pentaqon sözçüsü Conatan Hoffman isə keçən həftə ümumilikdə 34 əsgərə kəllə-beyin xəsarəti diaqnozu qoyulduğunu söyləyib. Lakin ABŞ Prezidenti Donald Tramp əvvəllər atəş zərbəsi nəticəsində kiminsə ölmədiyi və hətta xəsarət almadığını söyləmişdi.(apa)

Son xəbərlər
Bütün xəbərlər »