Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu Trampın sülh planı əsasında fələstinlilərlə danışıqlara razı olduğunu bildirib

İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqtonda ABŞ prezidenti Donald Trampla birgə mətbuat konfransında Ağ Ev rəhbərinin sülh planı əsasında fələstinlilərlə danışıqlar aparmağa hazır olduğunu bildirib.

Bu barədə “Report” TASS-a istinadən xəbər verir.

"Mən bu sülh planı əsasında Fələstin tərəfi ilə danışıqlar aparmağa razıyam. Əgər fələstinlilər İsrailin yəhudi dövləti kimi tanınmasına hazırdırsa, İsrail dərhal sülh haqqında danışıqlara başlamağa hazırdır", - o əlavə edib.

Netanyahunun sözlərinə görə, Trampın təklif etdiyi "əsrin sazişi" "münaqişənin kökünə - İsrailin fələstinlilər tərəfindən yəhudi dövləti kimi tanınması zəruriliyinə müraciət edir".

"Bu gün siz parlaq gələcəyə yol, israillilər, fələstinlilər və region üçün parlaq gələcək yolu, uzunmüddətli sülhə həqiqi yol göstərdiniz", - İsrail Nazirlər Kabinetinin başçısı Ağ Ev rəhbərinə müraciətində söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »