Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kobi ilə xanımının gizli helikopter razılaşması

Helikopter qəzasında dünyasını dəyişən əfsanəvi basketbolçu Kobi Brayantla həyat yoldaşı Vanessa arasında xüsusi sənəd imzalandığı üzə çıxıb.

Ölümü ilə bütün dünyanı yasa boğan Kobi sağlığında Vanessa ilə eyni hava nəqliyyat vasitəsinə minməmək barədə razılıq əldə edib. Razılaşmanın detallarını “People” dərgisinə açıqlayan ailə yaxını adının bilinməsini istəməyib.

Kobinin indiyədək heç vaxt Vanessa ilə eyni anda helikopterə minmədiyini bildirən şəxs məhz bunun sayəsində basketbolçunun xanımının və digər 3 qızının sağ qaldığını deyib.

Qeyd edəki, 2006-cı ildən şəxsi helikopterindən istifadə etməyə başlayan Brayant Los-Anceles tıxacından qurtulmaq və ailəsinə daha çox vaxt ayırmaq üçün belə bir addım atdığını bildirmişdi. Bundan başqa o, yalnız pilot Ara Zobayanla uçacağını açıqlamışdı.

Xatırladaq ki, yanvarın 26-da baş vermiş helikopter qəzasında Kobi, 13 yaşlı qızı və daha 7 nəfər dünyasını dəyişib. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »