Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynadan Çinə uçuşlar dayandırılır

Koronavirusun yayılma riski artdığına görə fevralın 3-dən Ukrayna Çinlə birbaşa hava uçuşlarını dayandıracaq.

Bu barədə keçirdiyi brifinqdə Ukrayna Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Mərkəzinin baş direktoru vəzifəsini icra edən İqor Kuzin məlumat verib. Onun sözlərinə görə, Çində yayılan virusla bağlı vəziyyət stabilləşənə qədər Ukrayna ilə bu ölkə arasında birbaşa hava reysi həyata keçirilməyəcək (Azərtac).

Xatırladaq ki, Borispol hava limanında Çindən birbaşa reyslə gələn sərnişinlər koronavirusun yayılması ilə əlaqədar temperatur müayinəsindən keçirlər. (Modern.az)

Son xəbərlər
Bütün xəbərlər »