Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəbdə qiyməti şagirdin alnına yazıblar

Rusiyanın Novosibirsk şəhərində üçüncü sinif şagirdinin gündəliyi evdə unutması ona baha başa gəlib. Bundan qəzəblənən müəllimə qiyməti onun alnına yazıb.

Bizimyol.info xəbər verir ki, sinif yoldaşlarının qarşısında təhqir olunan uşaq mürəkkəb ləkəsini yumaq üçün ayaqyoluna qaçıb. Hadisədən xəbər tutan məktəbli qızın valideynləri məsələni ictimailəşdirmək qərarına gəlib. “Komsomolskaya pravda” hadisə haqda yazı hazırlayıb.

Məktəb rəhbərliyi müəllimənin qiyməti şagirdin alnına yazmasını təkzib edir. Valideyn komitəsində də zərərçəkən müdafiə olunmayıb. Valideynlərin fikrincə, uşağın ata-anasının məqsədi pedaqoqu hər hansı yolla cəzalandırmaqdır.

Məktəbli qızın atası məktəb rəhbərliyinə işi belə qoymayacağını bildirib. O, növbəti dəfə təkrarlanacağı halda müəlliməni özü cəzalandıracağını söyləyib.

Son xəbərlər
Bütün xəbərlər »