Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ana və uşaqları 34 gün meşədə necə sağ qaldı... - Video

Kolumbiyada ana və onun üç övladı azaraq 34 gün meşədə yaşamalı olublar. Onlar əsasən meyvələrlə qidalanaraq həyatda qalmağı bacarıblar.

Bizimyol.info xəbər verir ki, ailə Peru ilə sərhəddə qohumlarına dəyməliymiş. Qadının həyat yoldaşı Peurto Lequizamo qəsəbəsində onlarla görüşməliymiş. Amma kişinin arvadı və uşaqları görüş yerinə gəlməyib. Onların ictimai nəqliyyatdan düşəndən sonra səhv istiqamət seçdiyi məlum olub. Qadın üç qızı ilə birlikdə sıx meşənin içində özünü tapıb.

Onlar 34 gün mümkün qədər çox gəzərək vəziyyətdən çıxış yolu axtarıblar. Kişi də rəsmi orqanlara müraciət edərək axtarış aparılmasına nail olub. Putumayo çayının sahilində azan ailənin rastına Yubito kəndi çıxıb. Yerli sakinlər Peru dövlət orqanlarına axtarılanların tapılması haqda məlumat verib.

Qadının dediyinə görə, 10, 12 və 14 yaşındakı qızlarının halı çox pisləşibmiş. Onlar yeriyə bilmirmiş. Qadın onlara yarım saatdan bir su verirmiş. Yoxsa müvazinəti itirə bilərdilər. Onlar bu günlərdə aclıqla yanaşı, həm də həşərat hücumlarından çox əziyyət çəkiblər.

Dördü də xəstəxanaya yerləşdirilib. Onların bir müddət müalicəyə ehtiyacı var.

Son xəbərlər
Bütün xəbərlər »