Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Sədərək”də Çin malları satan 32 yaşlı qadının ölüm səbəbi açıqlanmır

Bu gün sosial şəbəkələrdə daha bir nəfərin qrip virusundan ölməsi ilə bağlı xəbərlər yayılıb. Bildirilib ki, 1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada vəfat edib. Mərhumun Sədərək ticarət mərkəzində sahibkar kimi fəaliyyət göstərdiyi iddia olunub.

Xəstəxanadan virtualaz.org-un sorğusuna bildiriblər ki, Mərkəzi Klinik Xəstəxanası qrip, yaxud xüsusi təhlükəli virus diaqnozu ilə xəstə qəbul etmir. Xəstəxanada Gülnar Əliyeva adlı xəstə vəfat etməyib.

Klinik Tibbi Mərkəzin baş həkimi Ədalət Dadaşov isə söyləyib ki, xəstəxanada qrip virusundan ölüm baş verməyib. Yalnız Çindən gələn bir nəfər şübhəli şəxs kimi yoxlanılıb, karantin altına alınıb. Lakin onda virus aşkarlanmayıb. Xəstəxanada 5 palata ayrılıb, hazır vəziyyətə gətirilib.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda isə 2006-cı ildə 8 palatadan ibarət şöbə yaradılıb. Hazırda həmin palataların 5-də ikitərəfli pnevmaniyadan müalicə alan xəstə yatır. Xəstəxananın baş həkimi İman Rzayev deyib ki, digərlərini yoluxdurmamaq üçün həmin xəstələr xüsusi palatalara yerləşdirilib. Amma koronovirusa yoluxmaqda şübhəli bilinən şəxs, yaxud ağır xəstə gətirilərsə həmin şəxslər digər şöbələrə keçirilə bilər.

Qeyd edək ki, Salyanda da bir nəfərin pnevmaniyadan öldüyü haqda məlumatlar yayılıb. Lakin TƏBİB məsələ ilə bağlı açıqlama verməyib.

Son xəbərlər
Bütün xəbərlər »