Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Manisa və İzmir də silkələndi

Türkiyənin Manisa vilayətinin Kırkağac rayonunda 4.8 bal gücündə zəlzələ olub.

Bizimyol.info xəbər verir ki, bununla bağlı CNN Türk məlumata verib.

Türkiyə günlərdir Elazığ zəlzələsinin yaratdığı faciənin şokunu yaşayır. Ölkənin şərqində baş vermiş təbii fəlakətlə əlaqədar axtarış-xilasetmə işləri başa çatarkən, bu dəfə Manisa və İzmirdə zəlzələ hiss edilib.

Fövqəladə Hallar Nazirliyinin məlumatlarına görə, zəlzələ 4.8 bal gücündə olub. Kandilli Rəsədxanası isə təbiət hadisəsinin 5.1 bal gücündə olduğunu bildirib.

Zəlzələ mütəxəssisiləri Manisa və İzmiri silkələyən zəlzələnin çox təhlükəli olmadığını bildiriblər.

Təlafat və dağıntılarla bağlı məlumat verilməyib.

Son xəbərlər
Bütün xəbərlər »