Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Hələ belə biabırçı təşviqat kampaniyası görməmisiniz - Video
Rəşad Qəribovun seçki təbliğatı

Milli Məclisə seçkilərlə bağlı təşviqat kampaniyası başlayandan çox şeylərə şahid olduq. Namizədlərdən küçədə keçən nənələrin əlini öpən kim, getdiyi ərazidə sakinlərə kömək eləmək üçün paltaryuyan maşını qaldıran kim, ağlasığımaz vədlərlə insanlara xəyalplov yedizdirən kim.

Amma yəqin heç kimin kampaniyası Kürdəmir rayonundan namizədliyini irəli sürmüş Rəşad Fərhad oğlu Qəribovun kampaniyasına çatmaz. Təşviqat kampaniyasını şou-proqrama çevirən namizəd seçicilərin görüşünə müğənni və ansamblla gedib. Camaatın da canına minnət. Əllərinə bayraq alıpb başlayıblar Leylican mahnısı ilə süzməyə. Düzdür hansı günlərinə oynayırlar onu hələ anlamamışıq, hər bir halda əhval- ruhiyyələri yüksəlib. Qeyd edək ki, Rəşad Qəribov keçmiş deputat Fərhad Qəribovun oğludur. Fərhad Qəribov Milli Məclisin üçüncü çağırış deputatı olub, YAP-ın üzvüdür.

Maraqlıdır ki, 57 saylı Kürdəmir seçki dairəsində Rəşadın ən böyük rəqibi də öz əmisi oğlu Nizami Qəribovdur. Nizami Qəribov Kürdəmir bələdiyyəsinin sədridir. Əmioğluların bu kampaniyada rəqib yoxsa iş birlikçisi olması hələlik məlum deyil.

Keçmiş deputat Fərhad Qəribov Debütbank-ın sahibi idi. Onun adı biznesmen kimi daha çox qalmaqallarla hallanıb. Belə ki, , Fərhad Qəribova məxsus “Debüt” Kommersiya Bankı vasitəsilə dövlətin 2.96 milyon manatı yoxa çıxarıldığı barədə məhkəmə işi başladılmışdı.

Ötən ilin iyun ayında Fərhad Qəribovun oğlu Elnur Qəribovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması barədə xəbər yayılmışdı. Elnur Qəribov da iş adamı kimi fəaliyyət göstərir. Onun adına bir sıra banklarda kreditlər olub və cinayət işinin açılmasına da kredit maxinasiyaları əsas vermişdi.

Bizimyol.info

Paylaş »
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »