Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Naqif Həmzəyev AŞPA-da vəzifəyə seçildi

Fransanın Strasburq şəhərində Avropa Şurası Parlament Assambleyasının qış sessiyası işə başlayıb.

Sessiya yanvarın 27-dən 31-dək davam edəcək. Sessiyada Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər.

Bizimyol.info-nun məlumatına görə komitənin bu gün keçirilmiş iclasında Naqif Həmzəyevə vəzifə verilib. Belə ki, o, deputat Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib. Onun namizədliyi Səməd Seyidov və Sahibə qüafarova tərəfindən dəstəklənib.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »