Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Apple"ın qlobal tədarükündə koronavirus səbəbindən fasilələr yarana bilər

Yayılmaqda olan koronavirus səbəbindən "Apple" şirkətinin Çində yerləşən istehsal bazasının fəaliyyətində ciddi fasilələrin yaranması riski yüksəkdir.

"Bloomberg"ə istinadən verdiyi məlumata görə, "Moor Insights & Strategy" məsləhətçi şirkətinin bu sektorda veteran ekspertlərdən sayılan Patrik Murhedin fikrincə, xammalın çatdırılmasında problemlər olsa, bu, "Apple"ın tədarükündə fasilələrə səbəb olacaq.

Qeyd edək ki, "Apple"ın əsas məhsulu olan "iPhone" smartfonları Çində "Foxconn’s Hon Hai Precision Industry Co" və "Pegatron Corp. " tərəfindən müvafiq olaraq Çjençjou və Şanxay şəhərlərində yığılır. Bu yerlər virusun episentri olan Vuxan şəhərindən təqribən 500 kilometrlik məsafədə yerləşir və onları risk altına salır.

Bundan əlavə, Çində Yeni il bayramı ilə əlaqədar tətilə çıxan və sonra yenidən öz iş yerlərinə dönə bilməyən işçilər tədarük zəncirinə mənfi təsir göstərə bilər.(apa)

Son xəbərlər
Bütün xəbərlər »