Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Qubada dələduzluq edən şəxs saxlanılıb - Foto
rusvet korrupsiya pul almaq

Vətəndaşlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Quba sakini saxlanılıb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşların etibarından istifadə edərək dələduzluq yolu ilə zərərçəkənlərin pullarını mənimsəyən rayonun Zizik kənd sakini, 48 yaşlı Məmməd Mustafayev saxlanılıb.

İlkin dindirmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib. Məlum olub ki, o, bir qadına rayon ərazisində torpaq sahəsi satacağı barədə yalan vədlər verərək onun 30000 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

Məmməd Mustafayev Məmməd Mustafayev

Məmməd Mustafayevin ətrafında aparılan tədbirlərlə onun digər cinayətlərinin üstü də açılıb. Belə ki, M.Mustafayev müxtəlif vaxtlarda daha üç rayon sakinini eyni yolla aldadaraq, onların ümumilikdə 33.000 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

Məmməd Mustafayevin digər analoji cinayətlərdə iştirakı da istisna deyil.

Əgər bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Quba RPŞ-yə və ya şəhər telefonlarından 02333-5-35-11; 02333-5-43-02 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.

Paylaş »
››› Türkiyə ordusu böyük itki verib
››› Ruslar yenə Türkiyə ordusuna zərbə endirdi
››› İrandan daha iki ölkəyə koronavirus keçdi
››› Naxçıvan blokadada: Bütün sərhədlər bağlanıb
››› Nazirlik tibbi maskaların qiymətinin artmasına münasibət bildirib
Son xəbərlər
Bütün xəbərlər »