Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cavad Zərifin müsahibəsi İranda etirazlara səbəb oldub

İranın Xarici İşlər naziri Cavad Zərifin ABŞ-la dialoqun mümkünlüyü barədə açıqlaması Tehranda aksiyalara yol açıb.

Çox sayda insan küçələrə çıxaraq, diplomatın açıqlamalarına etiraz edib. Narazı kütlə bəyan edib ki, Vaşinqtonun İrana güc tətbiq etməsinə hökumətin dialoqla cavab verməsi qəbuledilməzdir.

Qeyd edək ki, Cavad Zərif Almaniyanın ”Der Spiegel” nəşrinə müsahibəsində ABŞ-la danışıqlara hazır olduqlarını bildirib. “Tramp adminstrasiyası səhvlərini düzəldə, sanksiyaları aradan qaldıra və müzakirələrə qayıda bilər. Biz hələ də müzakirə masasındayıq. Ayrılan onlardır”,- deyə Zərif bildirib.(publika.az)

Son xəbərlər
Bütün xəbərlər »