Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İŞİD İsraili hədələdi: “Kimyəvi silah poliqonu edərik”
isid-afp_main

İŞİD terror təşkilatı İsraili hücumlarının əsas hədəfinə çevirmək planlarını açıqlayıb.

Bu barədə “The Times of Israel” terrorçuların səs ismarıclarına istinadla xəbər yayıb.

Bildirilir ki, belə bir bəyanata səbəb ABŞ-ın Yaxın Şərqdə İsrail və Fələstin arasında münaqişənin həlli üçün həyata keçirmək istədiyi “Əsrin sazişi” planı olub.

Bununla əlaqədar olaraq terrorçular hücumları bərpa etməklə, həmçinin, İsrailin yaşayış məntəqələrini raket və kimyəvi silah sınaqlarının poliqonuna çevirməklə hədələyib.

Qeyd edək ki, yanvarın 27-də ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Binyamin Netanyahu Ağ Evdə “Əsrin sazişi” adlandırılan Fələstin-İsrail münaqişəsinin razılaşdırılması planını müzakirə edib.(apa)

Paylaş »
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› Ziya Məmmədova ağır itki üz verib
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
››› Haftarın ordusu Türkiyə gəmisini vurdu
››› Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Son xəbərlər
Bütün xəbərlər »