Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
DGK Akademiyası ilə Belarus İnstitutu arasında əməkdaşlıq sazişi imzalandı
Belarusun Gömrük Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutu ilə Əməkdaşlıq sazişi imzalandı

Yanvarın 27-də Belarusun Gömrük Orqanları Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutunun rəhbəri, gömrük xidmətinin 1-ci dərəcəli məsləhətçisi Aleksandr Petrov Dövlət Gömrük Komitəsinin Akademiyasının qonağı olub.

Qonağı qəbul edən Akademiya rəisi Qulu Novruzov təhsil müəssisəsinin yaranması və inkişaf tarixi haqqında məlumat verib, beynəlxalq əlaqələrin genişləndirilməsinin fəaliyyətin əsas prioritetlərindən biri olduğunu qeyd edib.

Akademiya rəisi ikitərəfli əlaqələrin qurulması üçün qarşılıqlı əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

Görüşdə Akademiyanın fəaliyyətinə dəyərli töhfə verə biləcək sahələrdə əməkdaşlıq perspektivləri və birgə tədbirlərin həyata keçirilməsi müzakirə edilib. Görüşdə Dövlət Gömrük Komitəsinin Akademiyası ilə Belarusun Gömrük Orqanları Əməkdaşlarının İxtisasartırma və Yenidənhazırlama İnstitutu arasında Əməkdaşlıq sazişi imzalanıb. Saziş tərəflər arasında gömrük kadrlarının inkişafı, təkmilləşdirilməsi və yüksək keyfiyyətli peşəkar təlimlərin keçirilməsi üzrə qarşılıqlı faydalı əməkdaşlığın qurulmasını, o cümlədən birgə konfransların, seminarların, ortaq layihələrin, eləcə də elmi tədqiqatların və müxtəlif istiqamətlərdə mübadilələrin həyata keçirilməsini nəzərdə tutur.

Paylaş »
››› Ukrayna Rusiya ərazisini atəşə tutub: Zavodun hədəfə alındığı bildirilir
››› Rusiyada canlı yayımda qəfil etiraf: "Ukraynada vəzyyətimiz pisləşib"
››› Rusiyada ard-arda hərbi komissarlıqları yandırırlar - Səbəb
››› Rusiya Paşinyanı istefaya göndərə bilmir: Moskvanın tərəfdarları azlıqda qalıb
››› ABŞ mətbuatında "Ərdoğan harayı", yaxud "meymun baxdı güzgüyə..."
››› AZAL yenə "zərər" açıqlayıb: İnhisarçı şirkət xalqı ələ salmağa davam edir
››› "Keçmiş nazirin qohumuna indi də “gözün üstə qaşın var” deyən yoxdur"
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »