Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur mafiya atasının 5 müdrik ifadəsi

Frensis Ford Koppola “Xaç atası” filmlər seriyasını çəkməklə Vito Korleoneni bütün dünyaya sevdirdi.

Əslində, bu personaj Siciliya mafiyasının rəhbəri idi. Prinsipcə, təqdir olunmamalı obrazı vardı. Amma Mario Pyuzonun eyniadlı əsərinə çəkilmiş film əla alınmışdı.

Bizimyol.info məşhur mafiya atasının 5 müdrik ifadəsini nəzərinizə çatdırır. Aktyor Marlon Brandonun oynadığı Don Korleone obrazı filmdə az ağıllı sözlər işlətmir.

Don Korleone Don Korleone

1 – Öz ailə üzvlərindən başqa heç kimə nə düşündüyünü bilməsinə imkan vermə. Qoy heç vaxt bilməsinlər ki, sənin dırnaqlarının altında nə var.

2 – Bütün ömrüm boyu cəmiyyətdə daha yüksəyə qalxmağa çalışmışam. Amma yuxarı qalxdıqca hər şeyin daha çirkin olduğunu gördüm.

3 – Sözlərlə keçinmək mümkündürsə, yazma, başını yellətmək varsa, danışma, ehtiyac yoxdusa, heç başını da tərpətmə.

4 – Bu həyatda mənə laqeydlik qədər heç nə yad deyil. Qadınlar və uşaqlar özünə belə yaşamağı rəva görə bilər, amma kişilər əsla.

5 – Əgər kişi uşaqları üçün əsl ata ola bilməyibsə, deməli, o heç kişi də deyil.

Son xəbərlər
Bütün xəbərlər »