Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə həyəcan: nazirlik vətəndaşlara xəbərdarlıq etdi

Çində 82 nəfərin ölümünə səbəb olan, 2835 nəfərin yoluxduğu virus dünyada da yayılmaqda davam edir. Dünyanı qorxuya salan virusla əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyi həyəcan təbili çalıb.

Bizimyol.info xəbər verir ki, nazirlik Türkiyə vətəndaşlarını mümkün qədər Çinə səfər etməməyə çağırıb.

Çinin Vuhan şəhərində dekabr ayında ortaya çıxan yeni tip koronavirusun artıq 10-a qədər ölkəyə yayıldığı bildirilir. Məlumata görə, virusun yayıldığı bölgələrin əksəriyyəti Asiya ölkələridir.

Çində koronavirusla mübarizədə vacib addım atılıb

Bununla belə, Xarici İşlər Nazirliyi virusla bağlı Türkiyə vətəndaşlarına xəbərdarlıq edib. Bildirilir ki, əgər zəruri işlərlə əlaqədar Çinə getsələr belə, başda Hubey əyaləti olmaqla, virusun geniş yayıldığı bölgələrədən uzaq olsunlar.

Hər keçən gün daha çox adamın ölümünə səbəb olan virusun qarşısını ala biləcək dərman hələlik məlum deyil. Epidemiyanın Vuhandakı dəniz məhsulları bazarından çıxdığı ehtimal olunur. Sözügedən bazar artıq qapadılıb.

Son xəbərlər
Bütün xəbərlər »