Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İqbal Ağazadənin Mehmandarov küçəsində növbəti görüşü oldu
DSC_6435
35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadənin Mehmandarov küçəsinin sakinləri ilə görüşündə bir daha izdiham yaşandı.

Çıxış edən İ.Ağazadə sözü gedən dairənin digər namizədlərinə səsləndi: "Sizlər bu gün bu küçələrin ən xırda problemlərini belə deyə bilmirsinizsə sabah parlamentdə necə dilə gətirəcəksiniz? Sizin buna cəsarətiniz olacaqmı? Niyə bu insanları aldadırsınız? Bu seçicilər kimə səs verəcəklərini yaxşı bilir və siz narahat olmayın".

İ.Ağazadə çıxışında məhəlli və ölkə problemlərindən danışıb, onların həll yollarını dilə gətirib. O,bildirib ki, pensiya yaşı aşağı salınmalı, təqaüdlər artırılmalı, uşaq pulu bərpa edilməlidir.

Sonda İ.Ağazadə seçiciləri dinləyərək onların suallarına cavab verib və hər bir seçiciyə bu soyuq havada onunla görüşə gəldiyi üçün təşəkkürünü bildirib.

Seçicilər bir nəfər kimi bildiriblər ki, seçkiyə qatılacaq və İ.Ağazadəyə səs verəcəklər.

Paylaş »
››› Daha 5 məntəqənin seçki nəticələri ləğv edilib
››› Ziya Məmmədova ağır itki üz verib
››› Azərbaycana idxal edilən tütün məmulatları ilə bağlı yeni qərar
››› Haftarın ordusu Türkiyə gəmisini vurdu
››› Kəmaləddin Qafarovun dairəsi ilə bağlı qərar verildi
Son xəbərlər
Bütün xəbərlər »