Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çində koronavirusla mübarizədə vacib addım atılıb

Çin alimləri koronavirusun kök hüceyrəsini ayıraraq izolyasiya etməyi bacarıblar.

Bu iddia Çin mətbuatında yer alıb.

Bildirilib ki, epidemiyalara nəzarəti həyata keçirən institutun direktoru Xu Venbo bu nüansın virusa qarşı peyvənd yarada bilmək üçün vacib addım olduğunu söyləyib.

Bundan başqa, Cənubi Çin əyaləti olan Quandunda virusun ölkədə yayılmasının qarşısını almaq üçün bütün sakinlərə çöldə maska taxmaq məcbur edilib.

Qeyd edək ki, son nəticələrə əsasən, Çində 80 nəfər virusdan ölüb, 2744 nəfər isə virusa yoluxub. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »