Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Jirinovski: "Koronovirus ABŞ-ın hazırladığı bioloji silahdır"

Rusiya dumasının deputatı, Vladimir Jirinovski bəyan edib ki, Çində baş qaldırmış koronovirusun səbəbi amerikalılardır. Siyasətçi məsələ ilə bağlı iki nəzəriyyə irəli sürüb.

Bizimyol.info xəbər verir ki, onun ilk ehtimalına görə, virusu ABŞ-ın farmasevt firmaları yaymış ola bilər.

“2020-ci ildə dərman satışı ilə məşğul olanlar milyardlar qazanacaq, sonra hər şey unudulub gedəcək”, - deyə o bildirib.

İkinci versiyayay görə, ABŞ-ın bioloji silahı işə salmasından sonra xəstəlik yayılıb və bu aviasiya üsulu ilə həyata keçirilib.

“Bu zəhrimar silahı yaradan tərəf də də yayıla bilər. İndi isə sadəcə təşfiş yaradırlar”,- deyən siyasətçinin sözlərinə görə, məqsəd Çinin iqtisadi gücünə zərbə endirməkdir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »