Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bizim Yol”un seçki proqnozları - Binəqədi

Bu darədə kim səs toplayacaq, kimə səs toplayacaqlar?

Növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kampaniyası davam edir. Bu dəfə Bakı şəhərinin Binəqədi rayonundakı dairələrə nəzər salaq. 8 saylı Binəqədi birinci seçki dairəsində 15 namizəd var. 2015-ci ildə bu dairədən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasənən sədri, müəmmalı və qamaqallı şəkldə özünü buraxdırmış Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitısinin üzvü Azay Quliyev deputat olmuşdu. Bu seçkilərdə o yenidən namizədliyini verib. Formal olaraq bitərəfdir. Azay Quliyevin bu dairədn qadasız-bəlasız keçməsini təmin etmək üçün Yeni Azərbaycan Partiyası (YAP) öz Binəqədi Təşkilarının baş məsləhətçisi Kübra Əliyarlını irəli sürüb. Ancaq qalan 13 namizəd arasında da Azay Quliyevə qarşı duracaq cəmi bir namizəd var. O da “Zaman Sığorta və Təkrar Sığorta Üzrə Broker” MMC-nin biznesin inkişafıü üzrə direktoru Xəyal Məmmədxanlıdır. Ancaq rəsmi qurumların bu dairədən Azay Quliyevin təkrar deputat edilməsi üçün çalışacaqları ehtimal edilir.

Azay Quliyev

9 saylı Binəqədi ikinci seçki dairəsində isə YAP-ın namizədi var. Bu, Milli Onkologiya Mərkəzinin direktor müavini, özünü buraxmış deputatlardan olan Kəmaləddin Qafarovdur. Kəmaləddin Qafarovdan başqa bu dairədə 14 namizəd var. Onların arasında az-çox gözə dəyən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Müsavat Partiyasından, vəkil Nemət Kərimli, QHT sədri Günel Səfərova, AMİP Siyasi Şurasının üzvü Əli Orucov və onun keçmiş partiyadaşı, indi Böyük Azərbaycan Partiyası adlı qurmun sədri Elşad Musayevdir. Qalan namizədlərin hansı məqsədlə deputatlığa namizədliyini irəli sürdüyü və ya sürdürüldüyü yalnz ehtimal edilə bilər. Eyni ehtimal Kəmaləddin Qafarovdan başqa hamıya aiddir. Hətta burada seçkiyə qoşulanlar arasında “Rəmz” adlı tanınmayan bir qəzetin baş redaktorunun da olması təsadüfi deyil. Əslində belə görünür ki, Kəmaləddin Qafarovun deputat etdiriləcəyini onun alternativlərinin hamısı və ya çoxu yaxşı bilir. Qafarov Prezident İlham Əliyevin dayısı, MOM-un Baş direktoru, akademik Cəmil Əliyevin müavinidir. Buna görə də hətta ölkə rəhbəri demokratik seçki keçiirlməsini tələb etsə belə, mərkəzi və yerli hakimiyyət məmurları Kəmaləddin Qafarovun deputat edilmısində maraqlı olacaqlar; onun xeyrinə inzibati resurslardan istifadə edilcəyi halda belə, kimsənin cəza almayacağını düşünürlər. “Alternativ” namizədlər arasında da bu seçkidən mandatla olmasa da, MANAT-la çıxmağı hədəfləyənlər olmamış deyil. Eyni şey 10 saylı Binəqədi üçüncü seçki dairəsinə də aiddir. Burada artıq 30 ildir deputat mandatını qamarlamış Madər Musayev adlı tacir var.

Hacı Madər Musayev Madər Musayev

Müsavat Mərkəzi Aparatının rəhbəri, formal başqan Arif Hacılının “bütün məsələlər üzrə” yaxın silahdaşı Gülağa Aslanlı namizədlər arasındadır. Arif Hacılının Aparatının başçısı olsa da, siyasi səhnədə populyar deyil. Onun siyasi planlaması böyük ehtimalla belədir: hakimiyyət faktik başqan İsa Qəmbəri 19-cu dairədə qutudan çıxarmayacaq; ordan baş nazirin müavini Əli Əhmədovun adamı kimi tanınan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Məmmədov deputatlığa YAP-dan irəli sürülüb; inzibati resurs YAP-çının xeyrinə işləyəcək. Arif Hacılı isə Yasamalda Sərdar Cəlaloğlu ilə didişəcək; hər ikisi göyərtədən atılacaq. Ona görə hakimiyyətə müxaifətdən daha önəmsiz adamlar lazım ola bilər. Bu baxımdan, Gülağa Aslanlı da müxalift adından seçkiyə qoşulmuş başqaları kimi lotoreya bileti alıb, oturub cek-pot gözləyənlərdəndir.

Qorxmaz İbrahimli Qorxmaz İbrahimli

Bu dairədə mübarizə “Biosfer” İctimai Birliyinin sədri, Aydınlar Partiyası sədrinin birinci müavini Qorxmaz İbrahimli ilə deputat-biznesmen Hacı Madər arasında gedəcək. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin gedişindən və Haci Allahşükür Paşazadənin siyasi proseslərə təsirinin zəifləməsindən sonra Hacı Madəri hakimiyyətdə kimin, niyə və nə qarşılığında dəstəkləyəcəyi sual altındadır. Bir baxımdan da Vəzrovdanqalma, Mütəllibovdanqopma deputatın dəstəklənməsi islahat deyil, heç islahat görüntüsü üçün də yaramır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »