Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AŞPA-nın yeni prezidenti seçilib

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni prezidenti seçilib.

Təşkilatın qış sessiyasında belçikalı senator Hendrik Daemsin AŞPA prezidentliyinə namizədliyi təsdiqlənib.

Belçikanın AŞPA-da nümayəndə heyətinin rəhbəri H. Daems bu posta yeganə namizəd olub.

O, bu vəzifədə Lilian Mori Paskieni əvəz edib.

H. Daems qeyd edib ki, prezidentliyi dövründə daha yaxşı Avropa üçün əlindən gələni edəcək.

Xatırladaq ki, AŞPA-nın qış sessiyası 31 yanvarda başa çatacaq. Sessiyada Səməd Seyidovun başçılıq etdiyi nümayəndə heyətinə deputatlardan Sevinc Fətəliyeva, Sahibə Qafarova, Rafael Hüseynov, Asim Mollazadə, Sabir Hacıyev və Naqif Həmzəyev daxildirlər. Həmçinin yanvarın 28-də Azərbaycan nümayəndə heyətinin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçiriləcək.(apa)

Son xəbərlər
Bütün xəbərlər »