Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronovirusa xəstəlik simptomları olmayanlardan da yoluxmaq olur

Epidemiyanın yayılmasının qarşısını almaq get-gedə çətinləşir.Koronovirusun yeni ,2019 CoV ştammının inkubasiya dövrü 1-14 gün təşkil edir. Bu dövrdə insanlarda heç bir xəstəlik əlaməti görünmür.

Bizimyol.info-nun məlumatına görə, Çinin Milli Səhiyyə Komissiyasının sədri Ma Tsyaovey bildirb ki, xəstəliyə yoluxanlar ətrafdakılart üçün ciddi təhlükə mənbəyidirlər, belə ki, virus simptomsuz dövrdə də yayıla bilir. Bu virusa ilk dəfə 1965-ci ildə rast gəlinib.

Bir qayda olaraq koronoviruslar soyuqlama , qrip şəklində özünü göstərir. Lakin virusun SARS-CoV ailəsi ən təhlükəli növ olub atipik pnevmoniyaya çevrilir. Bu virus 2002-2003-cü illərdə də boy göstrib, lakin inkubasiya dövründə təhlükəli olmayıb.

İndiki vəziyyətdə isə bu virusla mübarizə çox çətindir.

Ma Tsyaovey bildirib ki. hazırda virusun artım tempi yüksəkdir və bu bir müddət belə davam edəcək.

Kaliforniya Universitetinin professoru Çarlz Çiunun fikirnə görə, koronovirusun əsas simptomları burun tutulması, baş ağırısı, öskürək, boğaz ağrısı və qızdırmadır. Artıq Rusiyanın turoperatorları Çinə səfərləri dayandırıblar.

Bəzi xarici nəşrlər artıq koronovirusun əslində Çinə qarşı yönəlmiş bioloji silah olduğunu deyirlər.Bu virusun İngilis- ABŞ ortaq şirkəti tərəfindən Çinin iqtisadi gücünü iflic etmək üçün hazırlanmış bir bioloji silah olduğunu deyirlər.

İsrail nəşrləri isə virusun məhz Çin tərəfindən hazırlandığını yazırlar. Dani Shoham adlı bioloji silah mütəxəssisi qeyd edib ki, bu Çinin özü tərəfindən hazırlanmış bioloji silahdır. “Vuhan Viroloji İnstitutunda bu bioloji silahların hazırlanması üzərində iş gedir.Koronovirusların spesifik müalicəsi yoxdur. Bəzən simptomlar özü -özünə keçir. Vurusa yoluxanların bol maye içməli və dincəlməlidirlər.Hazırda peyvəndin tapılması yönündə işlər aparılır”- deyə məlumatda qeyd edilir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »