Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Bakıda yiyəsiz küçə: “Gərək ölüm ola ki, gələsiniz?” - Fotolar
Xətai rayonunun Mirzə Davud küçəsi

Xətai rayonunun Mirzə Davud küçəsinin sakinləri bilmirlər dərdlərini kimə desinlər. Kommunal xərclərini, dövlətə olan vergi borclarını ödəyirlər, bəs dövlət niyə onları görmür? Daha doğrusu dövləti təmsil edən yerli nümayəndəliklər, Xətai Rayon İcra Hakimiyyəti, Xətai bələdiyyəsi. Artıq dəfələrlə şikayət edilməsinə, şikayət məktublarının müxtəlif saytlarda dərc edilməsinə baxmayaraq kimsə maraqlanmayıb.

Sakinlər hər gün eyni şikayəti edirlər. Bu pilləkənlərdən istifadə edərkən sürüşüb yıxılmış və qabırğaları sınmış Afət Cəlilova deyir ki, “əlimizə çəkica lıb divara bir mismar vura bilmirik, o saat tökülürlər pul almağa. Bəs problem həll etməyə niyə gəlmirlər.Gərək kimsə ölə, onda gələlər? Dərdimizi sağkən dinləyin də”.

Əhali sıxlığının həddən artıq olduğu və minlərlə insanın yaşadığı Mirzə Davud küçəsi dəniz səviyyəsindən bir qədər aşağıda yerləşir. Bu küçədən çıxıb hər kəsin işinə-gücünə getməsi üçün Nobel prospektindən istifadə etməsi lazımdır. Avtomobillə hərəkət edənlərin yolu var , lakin çox uzaqdır.

Xətai rayonunun Mirzə Davud küçəsi

Piyadalar üçün nəzərdə tutulan kəsə yoldan Nobel prospektinə keçmək üçün təxminən 15 il öncə qoyulan beton pilləkənlərdən istifadə etmək lazım gəlir. Həmin pilləkənlərlə üz- üzə 59 saylı orta məktəb yerləşir, hər gün bu pilləkənlərdən minlərlə şagird və valideyn istifadə edir, bunu nəzərə alsaq nə qədər insanın canının təhlükə qarşısında olduğunu anlamaq olar. Hələ yaşlı qəsəbə sakinlərini demirəm.

Ətrafı zibilliklə örtülmüş bu pilləkənlər qırıq,çökük vəziyyətdədir. Qaranlqda isə ümumiyyətlə keçilməz dağ yoluna dönür. Qışda bir balaza yağıntı, buzlanma olanda pilləkənləri qalxmaq Himalay zirvəsini fəth etmək kimi çətin işə çevrilir. Burdan istfadə edən neçə sakin, neçə şagid dəfələrlə yıxılıb xəsarət alıb.

Xətai rayonunun Mirzə Davud küçəsi

Bələdiyyə seçkiləri keçirilsə də məndə yaşadığım bu ərazidə nə bir bələdiyyə elanına rast gəlmişəm, nə bir təbliğat plakatı görmüşəm. Elə yaşadığım ərazidə Mirzə Davud küçəsində 17 il ərzində bir dənə bələdiyyə rəhbərinə də rast gəlməmişəm. Bu qəsəbədə beş minə qədər insan yaşayır. Hansı saylı bələdiyyədir, nə iş görüb kimsənin xəbəri yoxdur.

Xətai rayonunun Mirzə Davud küçəsi

Biz tərəflərdə millət bir JEK ( MİS) sahəsini bilirik. O da məktəbdən arayış istəyəndə gediri, MİS – dəkilər də bir illik zibil pulunu almadan o arayışı ölsən də verməzlər. Bələdiyyə rəhbəri hər kimdirsə bircə dəfə gəlib nə gözə görünüb, nə də “mən varam” deyib. Çirkab sularla, kanalizasiya problemləri ilə, bütün məişət problemləri ilə yerli əhali özü məşğul olub.

Xətai rayonunun Mirzə Davud küçəsi

Səhəri gün bizim adımızdan istifadə edib o bələdiyyə rəhbəri kiməsə nəsə hesabat verəcəksə yalan demiş olacaq, özü də qırımızı yalan. Baxın bu şəkildəki məktəb yoluna yaxşı baxın, uvqar bir kənd deyil bura. Bakının Xətai rayonunda 59 saylı məktəbin şagirdlərinin gediş gəliş yoludur.

İlhamə Rəsulova

Paylaş »
››› Deputatla Ramin Bayramlı arasında gərginlik
››› “Bandotdel”lə bağlı fotosu yayılan şəxs danışdı
››› TƏBİB gələn həftədən əhali arasında koronavirusla bağlı seroloji testlərə başlayır
››› Həkimlər sərt karantin rejiminin yumşaldılmasına çağırış etdilər
››› Azərbaycanda son sutkada koronavirusa yoluxma sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »