Xəbər verdiyimiz kimi Türkiyədə baş vermiş güclü zəlzələdən sonra zəlzələnin daha güclü hiss olunduğu Elazığ şəhərində təhsil alan tələbələrin təxliyəsinə başlanılıb.
Bizimyol.info xəbər verir ki, təhsil naziri Ceyhun Bayramovun məlumatına görə, dövlət başçısının göstərişi ilə azərbaycanlı tələbələrin ölkəyə təhlükəsiz vəziyyətdə çatdırılması üçün avtobuslar ayrılıb. Tələbələr 3 avtobusla Naxçıvana ordan da təyyarə ilə Bakıya gətirilib.
Hazırda zəlzələ bölgəsindən təxliyə olunmuş tələbələrə psixoloji yardım göstərilir.
İlhamə