Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Deputatlığa namizəddən maraqlı yenilik: "Vəkilinə çat" - Video

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd, Xəyal Məmmədxanlı seçki platforması çərçivəsində seçicilərinə daha bir möhtəşəm yenilik təqdim edib.

Bizimyol.info xəbər verir ki, Azərbaycanın sığorta sahəsi üzrə tanınmış eksperti, Xəyal Məmmədxanlı təşviqat prosesi başlayandan kreativ yanaşması, maraqlı metodları ilə ölkənin diqqətini cəlb edib. O bu dəfə seçiciləri ilə görüş zamanı, sürpriz şəkildə daha bir layihəsindən bəhs edib.

Belə ki, yeni layihəyə əsasən dairənin ərazisində yaşayan sakinlərin binalarına üzərində xüsusi QR kodlar olan lövhələr quraşdırılacaq. Sakinlər telefon vasitəsilə lövhələrdəki QR kodu oxutduraraq birbaşa Xəyal Məmmədxanlıya zəng edə, votsap mesajı yaza və ya Facebook səhifəsinə keçid edərək ismarıc göndərə biləcəklər.

Sakinlərdən gələn bütün zənglər, müraciətlər, təkliflər dairə ərazisində yerləşən qərargahda ixtisaslı mütəxəssislər tərəfindən dərhal qəbul olunacaq, həlli istiqamətində işlər başlayacaq və nəticəsi barədə onlara məlumat veriləcək.

Layihənin mahiyyəti seçicilərin öz deputatlarına istənilən vaxt əllərinin, səslərinin, sözlərinin çatmasını təmin etməkdir.

Son xəbərlər
Bütün xəbərlər »