Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uçuş zamanı yanan təyyarə İranda eniş edib

Uçuş zamanı yanmağa başlayan təyyarə İranda təcili eniş etməli olub. Bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Yanğın Qorqandan Tehrana uçan laynerin bortunda başlayıb. İlkin ehtimala görə, təyyarənin motorlarından biri yanıb.

Pilotlar təyyarəni uğurla endirə biliblər. Təcili eniş zamanı xəsarət alan olmayıb.

Hələlik təyyarənin məxsus olduğu aviakompaniya və laynerdə olanların sayı ilə bağlı məlumat verilmir. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »