Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski 2019-cu ildə 97 nəfəri əfv edib

Ukrayna Prezidenti Vladimir Zelenski 2019-cu ildə 97 vətəndaşı əfv edib.

Bu barədə Ukrayna Prezidentinin ofisindən məlumat verilib.

"Ukrayna Prezidenti V.Zelenskinin fərmanları ilə 2019-cu ilin 28 mayından 28 dekabrına qədər 97 nəfər əfv edilib", - deyə dövlət başçısının ofisinin "Ukrayna xəbərləri" agentliyinin sorğusuna cavabında bildirilib.

Qeyd edilib ki, əfv edilənlərdən 11-i qadın və 86-sı kişidir. Bağışlanılanlardan neçəsinin xarici dövlətlərin vətəndaşları olması barədə informasiya verilməyib. (Report.az)

Son xəbərlər
Bütün xəbərlər »