Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İranlı deputat: "Qara qutu İranda qalacaq"

Tehran yaxınlığında vurulan Ukraynaya məxsus “Boinq-737” sərnişin təyyarəsinin qara qutusu İranda qalacaq və burada oxunacaq.

Bunu iranlı deputat Fərəcullah Rəcəbi deyib.

Onun sözlərinə görə, qara qutudakı məlumatların öyrənilməsilə İranın Yollar və Şəhər inkişafı Nazirliyi məşğul olacaq.

Xatırladaq ki, yanvarın 8-də Tehrandan Kiyevə uçuş həyata keçirməli olan Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boinq-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Qəza nəticəsində 176 nəfər həlak olub. Hadisədən bir neçə gün sonra rəsmi Tehran təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. (Axar.az)

Son xəbərlər
Bütün xəbərlər »