Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çingizxan dünyanı necə dəyişdi...

Monqol imperiyası xüsusilə Çingizxanın dövründə çox amansız davranırdı.

Şəhərləri, ölkələri bir-bir işğal edir, milyonlarla insanın canına qıyırdı. Amma Çingizxanın dünyanı dəyişməsini də danmaq olmaz.

Bizimyol.info xəbər verir ki, monqol sərkərdənin dünya qarşısında ən böyük xidmətlərindən biri, bəlkə də, birincisi Böyük İpək Yolunun yaradılmasıdır. 200 ildən az yaşayan imperiya dünya tarixində xüsusi yer tutub.

Çingizxan 20 il ərzində Roma imperiyasının 400 ilə etdiyini həyata keçirməyi bacarıb. Heç bir sərkərdə onun qədər torpaq ələ keçirməyib. Cəmi 100 min döyüşçünün köməyi ilə 12 milyon kvadratmil sahəni işğal etmək, tarixin ən böyük imperiyasını yaratmaq işinin öhdəsindən gəlib. Onun ələ keçirdiyi torpaqlar o qədər insansız qalırdı ki, hər yer meşəyə çevrilirdi.

Monqollar Asiyanın böyük hissəsinə nəzarət edirdi. Belədə ipək yolunun təhlükəsizliyinə də zəmanət verirdilər. Monqollar qürrələnirdilər ki, bir qız qızıl külçə ilə imperiyanın bir başından o biri başına təhlükəsiz şəkildə gedə bilər.

Taun Çində Yuan sülaləsinin hakimiyyəti zamanı yayılmışdı. Üç il ərzində Hebey vilayətinin əhalisinin 90 faizi məhv olmuşdu. Bu məsələdə Böyük İpək Yolu mənfi rol oynamışdı. Taun karvanlarla Yaxın Şərq ticarət mərkəzlərinə qədər gəlib çıxmışdı. Misir tarixçisi Əl-Makrizi yazırdı ki, epidemiya 300-ə qədər tayfanı Yer üzündən silmişdi.

Böyük İpək Yolu həm də səyahətə geniş yol açırdı. Məşhur səyyah Marko Polo monqol xanı Xubilayla görüşdən sonra Avropaya Şərqin var-dövləti haqda əhvalatlarla qayıtmışdı. İtalyanın əhvalatları çox məşhurlaşmışdı. Avropalı tədqiqatçılar bundan sonra Çinə yeni yollar üzərində baş sındırmağa başlamışdı.

Monqol imperiyasından sonra Avrasiyada bir neçə dövlət yarandı. Çingizxan oğullarından Cuçini şimala – Rusiyaya göndərmişdi. Beləcə, Qızıl Ordanın əsası qoyulmuşdu. Toluy Bağdada üz tutmuşdu. Ögedey vətənin keşiyində qalmışdı. Çağatay isə Mərkəzi Asiyaya yollanmışdı. Nəvəsi Xubilay Yuan sülaləsinin və yeni dövlətin banisi oldu. Çingizxanın bu siyasəti sayəsində çox dövlətlər ortaya çıxmışdı.

Son xəbərlər
Bütün xəbərlər »