Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tripoli aeroportu atəşə tutulub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Liviya paytaxtında Mitiqa aeroportu yenidən atəşə tutulub.

Xəlifə Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu tərəfindən aeroportun atəşə tutulması nəticəsində 1 mülki şəxs ölüb, 5 nəfər yaralanıb.

Mitiqa aeroportu Tripolinin dünya ilə əlaqəsini təmin edən yeganə aeroportdur. Aeroportun atəşə tutulması ilə əlaqədar sərnişin təyyarələrindən biri marşrutunu dəyişmək məcburiyyətində qalıb.

Qeyd edək ki, yanvarın 19-da Berlində Liviya böhranı ilə əlaqədar keçirilən beynəlxalq konfransda qəbul edilən Bəyannamədə münaqişə tərəfləri – Milli Razılıq Hökuməti və Xəlifə Haftar atəşkəsə çağırılıb. Eyni zamanda ölkədə vahid hökumətin yaradılması, dövlətçiliyin bərpası üçün islahatların aparılması vacib hesab edilib. Ancaq buna baxmayaraq, Xəlifə Haftar 2019-cu il dekabrın 12-dən Tripoliyə başlatdığı hücumları davam etdirir. (Apa.az)

Paylaş »
››› Gürcüstan Putinə "yaltaqlanması" nəticə vermədi: Kreml arxadan zərbəni endirdi
››› Şimali Koreyada pandemiya böyüyür: Günahkar tapıldı
››› Rusiya cəmiyyətini diksindirən hadisə: "Ordu komandanlığının axmaqlığı ucbatından..."
››› Putin Lukaşenkonu niyə açıq savaşa çəkə bilmir... - Britaniya kəşfiyyatı
››› Kremlin "Çernobayevka macərası" və ya eyni yerdə 20 dəfə məğlub olmağın resepti
››› Putin sadəlövhdür, yoxsa ABŞ unutqan: NATO verdiyi vədi niyə pozub
››› Rusiya müharibədəki hədəflərini niyə dəyişib? - Sonun başlanğıcı
Koronavirusa dair informasiya saytı
Son xəbərlər
Bütün xəbərlər »