Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğandan zəlzələ ilə bağlı açıqlama - Video

İndiyənə qədər Elazığda baş verən zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1,5 mindən artıq insan yaralanıb.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

T.Ərdoğan bildirib: "İndiyənə qədər zəlzələ nəticəsində 31 nəfər həlak olub, 1607 nəfər isə xəsarət alıb. Lazım olan hər şey təbii fəlakət zonasına çatdırılıb. Dövlət vətəndaşlara hər cür kömək göstərir".

Türkiyədə zəlzələ- Elazığ

Onun sözlərinə görə, 45 nəfər dağıntılar altından xilas edilib: "Zəlzələ nəticəsində dağılan və zərər görən evlərə dəyən ziyanın qiymətləndirilməsi üzrə işlər bitdikdən sonra bərpa işləri başlayacaq. Hazırda 3 nazirimiz, millət vəkillərimiz oradadır. Onlar komandaları ilə birlikdə dəyən ziyanın qiymətləndirmə işlərini davam etdirirlər". (Trend.az)

Son xəbərlər
Bütün xəbərlər »