Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Ukrayna sərnişin təyyarəsinin vurulması ilə bağlı yeni versiya irəli sürüldü

Ukrayna Beynəlxalq hava tyollarına məxsus “Boeing 737-800” təyyarəsinin İran səmasında ölkənin hərbi-hava qüvvələri tərəfidən vurulması rəsmi Tehranı olduqca pis vəziyyətə salıb.

İndi İranda insidentlə bağlı müxtəlif maraqlı versilyalar səsləndirilir.

Yeni mülahizələrdən biri də təyyarənin kodunun radarda itirilməsidir. İran Məclisinin deputatı Əhməd Əlirzabeyginin fikrincə bu konkret olaraq kənardan edilən müdaxilə ilə mümkün ola bilər.

“İstisna deyil ki, bu işdə ABŞ-ın barmağı var. İran İslam Keşikçiləri Korpusunda (İİKK) qeyri-peşəkarlar oturmurlar. Ona görə də təyyarənin kodunu elə havada kompüterlərdə itməsi ehtimalı olduqca qüvvətlidir. Bundan başqa həmin təyyarəni müəyyən məsafədən də idarə etmək mümkündür”,-deyə İran millət vəkili Rusiyanın “lenta.ru” saytına müsahibəsində bildirib.

Hər bir halda iranlı deputat hadisənin təhqiqatının nəticələrini gözləməyin vacib, habelə rəsmi Tehranın həlak olanların ailələrinə təzminat ödəməli olduğunu söyləyib.

Qeyd etmək lazımdır ki, İİKK bu ilin yanvar ayının 11-də “Ukrayna beynəlxalq hava yolları”na aid “Boeing” təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürüb.

İranda təyyarə qəzası İranda raketlə vurulmuş Ukrayna sərnişin təyyarəsi

Korpusun aerokosmik hava qüvvələrinin komandanı general Əmir-Əli Hacızadə zenit-raket kompleksinin sərnişin təyyarəsini əvvəlcə düşmən obyekti kimi qeydə aldığını, rabitənin pozulması səbəbindən operatorun koandanlıqla əlaqə qura bilmədiyini, nəticədə hədəfə hücum qərarı verildiyini söyləyib.

İran hökuməti rəsmi Kiyevə üzrxahlığını çatdırıb və günahkarlaırn məsuliyyət cəlb olunacağını , habelə ölənlərin yaxınlarına təzminat ödəniləcəyini bəyan edib. (Musavat.com)

Son xəbərlər
Bütün xəbərlər »