Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Türkiyəyə yardım təklif etdi

İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif 20-dən çox insanın ölümünə səbəb olan güclü zəlzələdən sonra Türkiyəyə yardım təklif edib.

Bu barədə İran XİN-dən məlumat verilib.

Bildirilir ki, Türkiyədəki zəlzələdən sonra İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyəli həmkarı ilə telefon danışığı zamanı İranda xəsarət alanlara lazım olan köməyi göndərməyə hazır olduğunu açıqladı.

Zərif baş verən hadisə ilə əlaqədar başsağlığı verib.

Ötən gün Türkiyənin Elazığ raronunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib.

Türkiyədə zəlzələ- Elazığ

Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb. Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur. (Virtualaz.org)

Son xəbərlər
Bütün xəbərlər »