Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Jirinovskidən koronavirus ilə bağlı açıqlama
Vladimir Jirinovski

Rusiyanın Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Çində yayılan koronavirusu ABŞ-ın təxribatı hesab edir. Bu barədə RİA məlumat yayıb.

Siyasətçi bildirib:

“Koronavirus artıq qitələr boyu irəliləyir. Əslində bu nədir – qripin yeni tipi, ya kimin təxribatıdır? ABŞ! İqtisadiyyat! Amerikalılar qorxur ki, Çini ötə, heç olmasa ona bərabər ola bilməyəcəklər”.

Jirinovski qeyd edib ki, bu, birinci hal deyil. O, quş qripini və Britaniyanın “kiminsə xoşuna gəlməyən” mal ətini nümunə kimi göstərib.

Siyasətçinin sözlərinə görə, hazırkı epidemiya qığılcımı bir ay ərzində bitəcək:

“Dərmanı alıblar, kimsə milyarder olub. Onlar əsasən İsveçrədə yaşayırlar”.

Qeyd edək ki, son məlumatlara görə, koronavirusdan ölənlərin sayı 41-ə çatıb. (Oxu.az)

Paylaş »
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »