Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Obama Trampı “faşist” adlandırıb
tramp obama

ABŞ-ın sabiq prezidenti Barak Obama ölkənin hazırkı rəhbəri Donald Trampı “faşist” adlandırıb.

“NBC News” bildirir ki, bu barədə Demokrat və Trampın 2016-cı il prezidentlik yarışında rəqibi Hillari Klintona həsr olunmuş sənədli filmdə deyilir.

Mövcud məlumatlara əsasən, Obama Trampı 2016-cı ildə prezident seçkiləri zamanı Virciniyadan olan senator Tim Keynlə telefon danışığı zamanı belə adlandırıb. Keyn də Obama kimi ABŞ Demokratik Partiyasının üzvüdür.

Sənədli filmdə Keyn bildirib ki, Obama söhbət zamanı ondan “faşisti Ağ Evdən uzaq saxlamağı” xahiş edib. Bu zaman “faşist” dedikdə o, Donald Trampı nəzərdə tutub. (Oxu.az)

Paylaş »
››› Azərbaycanlılar İrəvanda erməni kəşfiyyatını ələ saldılar: "Çox pis işləyirsiniz" - Video
››› Məktəblərdə tədris ilinin müddəti təsdiqləndi - Qərar
››› Koronavirus xəstəsi Azərbaycandan Gürcüstana keçdi, sərhəd bağlandı
››› Koronavirus Gürcüstanda da aşkarlandı: Azərbaycandan keçib - Rəsmi
››› Türkiyədə tapılan daş sandıq xristian dünyasını hərəkətə gətirdi - Foto
Son xəbərlər
Bütün xəbərlər »