Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələ baş vermiş ərazidə yeni təkanlar qeydə alınıb - Video

Otən gecə Türkiyədə vaş vermuiş 6.8 bal gücündə zəlzələdə 29 nəfər ölüb, 1466 nəfər yaralanıb.

Bizimyol.info xəbər verir ki, habertürk-ün verdiyi məlumata görə, Elazığın Sivrice mahalında ötən gecə baş vermiş zəlzələ zamanı dağntılar altında qalmış insanların axtarış-xilasetmə işləri davam edərkən, həmi ərazidə yeni təkanların olduğu bildirilir .

Bu gün yerli vaxla saat 21.08-də  5.4 və 5.1 bal gücündə daha iki təkan olub.

Bu arada, AFAD zəlzələdə ölənlərin sayının 29-a yüksəldiyini açıqlayıb.

Saat 17:19-a olan vəziyyətə görə, 43 nəfər dağıntıdan çıxarılıb və 18 adamın dağıntılar altında olduğu güman edilir.

Elazığ şəhər mərkəzindəki 3 binanın dağıntılarında axtarış-xilasetmə işləri davam edir.

Qed edək ki, AFAD və Kandilli Rəsədxanası tərəfindən verilən məlumata görə, ötən gecə Elazığın Sivrice mərkəzində baş vermiş zəlzələdə təkanlar 6.8 bal gücündə dəyərləndirilib. Kandilli Rəsədxanası təxminən 22 saniyə davam edən zəlzələnin 6,5 bal gücündə oldiğunu açıqlayıb. Yerin 6.75 kilometr dərinliyində baş verən zəlzələ; Malatya, Diyarbakır, Adıyaman və Osmaniye kimi qonşu əyalətlərdə də bu hiss edildi.

Son xəbərlər
Bütün xəbərlər »