Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda binanın çökməsi nəticəsində 5 nəfər ölüb

Nyu-Dehlinin şimal-şərqindəki Bhacanpur bölgəsində bir məktəb hazırlığı mərkəzinin çökməsi nəticəsində azı beş nəfər, o cümlədən dörd uşaq ölüb.

Bu barədə yerli “NDTV” telekanalı məlumat yayıb.

Məlumata görə, ölənlər dörd məktəbli və bir müəllim olub.

Bundan əvvəl Hindistanın “Outlook” jurnalının elektron versiyası tikinti işlərinin aparıldığı binanın çökməsi nəticəsində 13 nəfərin xəstəxanaya yerləşdirildiyini bildirmişdi.

Hazırda hadisə yerində xilasetmə işləri davam edir.(apa)

Son xəbərlər
Bütün xəbərlər »