Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasiminə qatılıb

Elazığda olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələdə ölən ana və oğulun dəfn mərasimində iştirak edib.

NTV-nin verdiyi xəbərə görə, Türkiyə Prezidenti mərhumların ailə üzvlərinə başsağlığı verib.

Daha sonra çıxış edən Ərdoğan insanları şayiələrə inanmamağa çağırıb.

Xatırladaq ki, yanvarın 24-də axşam saatlarında Türkiyənin Elazığ vilayətinin Sivricə rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Son olaraq zəlzələ nəticəsində 22 nəfərin öldüyü, 1031 nəfərin yaralandığı açıqlanıb.

Elazığda 18, Malatyada 4 nəfər təbii fəlakətin qurbanı olub.(apa)

Son xəbərlər
Bütün xəbərlər »