Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəlzələdən 19 saat sonra yaşlı qadın xilas olundu

Türkiyədə baş verən zəlzələdən sonra dağıntılar altında qalan yaşlı qadın 19 saat sonra xilas edilib.

“Anadolu” xəbər verir ki, Elazığın Mustafa Paşa məhəlləsində 65 yaşlı Ayşə Yıldız zəlzələdən sonra çökən binanın dağıntıları altından sağ çıxarılıb.

Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərlərində 6,8 bal gücündə zəlzələ olub. Nəticədə 22 nəfər ölüb, 1031 nəfər yaralanıb.

Şəhərdə axtarış-xilasetmə işləri davam etdirilir. (report)

Son xəbərlər
Bütün xəbərlər »